Ərdoğan niyə Putindən üzr istədiyini açıqladı

4215501Rusiya – Türkiyə münasibətləri region üçün böyük əhəmiyyətə malikdir.

AzVision.az “TRT” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Türkiyə və Rusiya arasında təyyarə ilə bağlı xoşagəlməz insident yaşanmışdı ki, bunun da neqativ fəsadları təxminən 8 ay davam edib. Sonra biz məktub yazdıq və bu prosesi dayandırmağı təklif etdik. Çünki Türkiyə və Rusiya əlaqələri bu region üçün olduqca böyük əhəmiyyət malikdir. Buna görə də regionun iki müəyyənləşdirici ölkəsi arasında əlaqələrin kəsilməsi yolverilməzdir. Problemlər həll olunmalıdır. Bundan əlavə, biz baş verənlərlə bağlı təəssüfləndiyimizi bildirdik və qarşı tərəfdən müsbət cavab aldıq”- deyə, əlavə edib.