!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: “O şəkilləri Trampa da göstərəcəm”

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı ABŞ əsgərləri ilə YPG terrorçularının birgə görüntülərinə münasibət bildirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Hindistana uçuşdan əvvəl İstanbul Atatürk Hava limanında jurnalistlərlə görüşən prezident Ərdoğan ABŞ əsgərlərinin Suriyada PYD/YPG terrorçuları ilə eyni səngərdə yer tutmalarının qəbuledilməz olduğunu deyib.

Jurnalistlərdən birinin “Türkiyə Silahlı Qüvvələrinin Karaçokda həyata keçirtdiyi hava əməliyyatı zamanı məhv edilən terrorçuların dəfn mərasimində ABŞ əsgərlərinin iştirakını təsdiqləyən fotoşəkillər yayılıb. Ondan başqa, amerikalı hərbçilərin Türkiyə sərhədində YPG terrorçuları ilə birlikdə döyüş növbəsi tutduqlarını əks etdirən fotoşəkillər də var. Buna münasibətiniz necədir?” sualını belə cavablandırıb:

“YPG-yə aid bir konvoyda ABŞ bayraqlarının da yer alması bizi məyus edib. O şəkilləri ayın 16-da hörmətli Trampla görüşdə ona göstərəcəm. Madam ki, biz beynəlxalq terrorizmə qarşı eyni sıradayıq, o zaman “bütün bunlar nə deməkdir”, – deyə soruşacağıq.

Terrora qarşı mübarizə vahid platformada aparılmasa, bu gün bizə, sabah isə digərinə hücumlar olacaq. Obama dövründən başlayan bu ənənənin artıq aradan qaldırılması lazımdır. Əks təqdirdə, həm regionda bu vəziyyət davam edəcək, həm də özlərinin narahatlığı azalmayacaq.

Biz də NATO üzvü və strateji müttəfiq ölkələr kimi narahat olacağıq. Həmişə demişəm, yenə təkrar edirəm, o halda öz göbəyimizi özümüz kəsəcəyik. Karaçokda, Sincarda nə oldusa, o cür də davam etmək məcburiyyətində qalacağıq. O gün də “Bir gecə anidən gələ bilərik” deyərkən, bunu nəzərdə tuturdum. Əməliyyatdan əvvəl terror şəbəkələrinə məlumat verməli deyilik – biləcəklər ki, Türkiyə Silahlı Qüvvələri hər an gələ bilər. Biz narahat olmaqdansa, onlar təşvişə düşsünlər”.

Yeniçağ.Az

www.yenicag.az

1287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv