Ərdoğan: “Ölkəmizdə hər şeyi dəyişdirdik, ancaq müxalifəti dəyişdirə bilmədik” – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərindəki rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu hədəfə alıb.

Yenicag.az xəbər verir ki, Ərdoğan sosial media hesabından paylaşım edərək müxalifətin qurduğu “Millət” İttifaqı üzvlərinin Kamal Kılıçdaroğlunu aldatdıqlarını qeyd edib.

Ərdoğan: “Ölkəmizdə hər şeyi dəyişdirdik, ancaq, təəssüf ki, müxalifəti dəyişdirə bilmədik”, – deyə vurğulayıb.