Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğandan rəqib olmaq istəyənlərə meydan oxuma: “AKP-dən ayrılan bir kimsə...”

Dünən hakim Ədalət və İnkişaf Partiyasına (AKP) təkrar üzv olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş silahdaşı Abdullah Gülə ilk mesajını verdi.

Yeniçağ.Az xəbər verir ki, “Hürriyet” qəzetinin tanınmış yazarı Abdulkadir Selvi dərc etdirdiyi “AKP mühüm proseslərə hamilədir” adlı yazısında diqqəti prezident Ərdoğanın hakim partiyaya təkrar üzvlük mərasimindəki çıxışında yer alan bəzi mesajlara yönəldib.

33 aydan sonra dünən ilk dəfə yenidən AKP-nin mərkəzi qərargahına gələn Ərdoğan qurucusu olduğu partiyaya təkrar üzvlüyünü rəsmiləşdirib. Maraqlıdır ki, keçmiş baş nazir Əhməd Davudoğlu dünənki mərasimə qatılsa da, sabiq prezident Abdullah Gül və eks-spiker Bülent Arınç tədbirdə iştirak etməyib:

“Prezident Ərdoğan 2001-ci il iyulun 14-də AKP-ni yaradıb yola çıxanda yanındakı şəxslərdən bir çoxu dünən salonda yox idi. Məsələn, Bülent Arınç və Abdullah Gül. Keçmiş baş nazirlərdən Əhməd Davudoğlu mərasimdə iştirak edirdi. Prezident salona daxil olanda Davudoğlu ilə əl sıxıb görüşdü. Ancaq 11-ci prezident Abdullah Gül o epizodda yer almırdı.

Selvinin yazdığına görə, Ərdoğan 16 aprel Konstitusiya referendumundan sonra “Xeyr” cəbhəsində prezidentliyə namizəd və yeni partiya quruculuğuna dair spekulyasiyaların əsas fiquru olan Abdullah Gülə ilk dəfə mesaj göndərib:

“Bu ağır yükü çəkə bilməyənləri insanlarımızın, millətimizin mühakiməsinə buraxıram”, – dedi. Sonrakı sözləri bıçaq kimi idi: “İndiyə qədər bu mübarizəyə, bu partiyaya arxasını çevirənlərdən bir kimsənin uğur qazandığını görmədim”. Bu günə kimi Abdullah Gül haqqında ən yüngül bir eyham belə işlətməyən Ərdoğan ilk dəfə belə danışaraq, meydan oxudu”.

Yeniçağ.Az

www.yenicag.az

352