“Mən ABŞ prezidenti Donald Trampla görüşəcəyəm”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Belə ki, “SKY News” müxbiri Türkiyə prezidentinə “ABŞ-ın nümayəndə heyəti bura gəlir. Narahatsınız? Onlarla nə barədə danışacaqsınız?” sualını ünvanlayıb.
Suala cavab olaraq R.T. Ərdoğan ancaq Trampla görüşəcəyini vurğulayıb: “Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlarla öz həmkarları ilə görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəyəm”
Qeyd edək ki, Suriyadakı hadisələri Türkiyə ilə müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeonun başçılıq etdikləri nümayəndə heyətini Ankaraya göndərir.