!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan özündən əvvəl nazirini Vaşinqtona göndərir - yeni FETÖ dəlilləri

!Reklam – Yazi

Türkiyənin ədliyyə naziri Bekir Bozdağın Vaşinqtona mühüm missiya ilə göndərildiyi bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ədliyyə naziri Bekir Bozdağ prezident Rəcəb Tayyib Ərdoğanın 15-17 may aralığında baş tutacaq ABŞ səfəri ərəfəsində FETÖ terror şəbəkəsinin lideri Fetullah Gülənin təslim edilməsi məsələsini amerikalı həmkarı Ceff Sessionsla dəyərləndiriləcək.

Məlumata görə, sabah ABŞ-a yola düşəcək Bozdağ bazar ertəsi günü Sessionsla bir araya gələcək.
Görüşdə terrorçubaşı Gülənin Türkiyəyə təhvil verilməsi üçün 4 dosye haqqında həmkarına məlumat verəcək Bozdağ bu işlə bağlı yeni detalları da təqdim edəcək.

Bozdağın Sessionsla görüşündə FETÖ liderinin həbsi məsələsini qaldıracağı da gözlənilir.

Yeniçağ.Az

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv