Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuat Oktaya təhvil verib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, qərarda bu addımın prezidentin Rusiyaya səfəri ilə əlaqədar atıldığı bildirilib.

Qeyd edək ki, səfər çərçivəsində R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.