Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident səlahiyyətlərinin icrasını vitse-prezident Fuad Oktaya təhvil verib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu addım R.T.Ərdoğanın Argentina və Paraqvaya səfəri ilə əlaqədar atılıb. Bildirilir ki, səfər noyabrın 28-də başlayıb və dekabrın 4-dək davam edəcək.
Xatırladaq ki, sonuncu dəfə türkiyəli lider Macarıstana səfəri ilə əlaqədar səlahiyyətlərini vitse-prezidentə təhvil vermişdi.