Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan Putin ilə telefonla danışdı – Nəyi müzakirə etdilər?

Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, liderlər İdlibdəki son vəziyyəti müzakirə edib.

T.Ərdoğan İdlibdəki humanitar böhranın qarşısının alınmasının vacibliyini vurğulayıb. Türkiyə lideri bildirib ki, İdlibdə vəziyyətin nizamlanması üçün Soçi Memorandumu tam şəkildə həyata keçirilməlidir.

Rusiya Prezidenti Vladimir Putin İdlibdə radikal qrupların aqressiv təxribatlarından dolayı yaranan narahatlığı dilə gətirib. Suriyanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Türkiyə və Rusiya rəhbərləri daha əvvəl əldə edilmiş bütün razılaşmalara sadiq qaldıqlarını bildiriblər.

www.yenicag.az

498