Reklam

Ərdoğan: “Putinə də Rusiyanın YPG-yə göstərdikləri münasibətin bizi üzdüyünü dedim”

Reklam

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva ilə Vaşinqtonun terror təşkilatlarına münasibətlərinin qəbuledilməz olduğunu bildirib.

Yeniçağ.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk-ə müsahibəsində bu və digər məsələlərə toxunub:

“Suriya ilə bağlı verməli olduğumuz bir qərar varsa, təbii ki, bu məsələni oradakı vəziyyətə uyğun şəkildə dəyərləndiririk. Bunu da deyim ki, Rusiya ilə Amerikanın YPG terror təşkilatına, o cümlədən, PYD-yə, PKK-ya göstərdiyi münasibət bizi məyus edir. Bunu özlərinə söylədiyim üçün indi açıq şəkildə deyirəm. Əslində, onların bu ərazilərdən uzaqlaşdırılması lazımdır. Bu ərazilər onlardan təmizlənmədikcə, bizim Suriyadakı vəzifəmiz başa çatmayacaq. Nə var, nə var, onları rejim dəvət edib. Ancaq hər dəvət qəbul edilməz, dünya siyasətində belə şey yoxdur. Yəni “Suriya dəvət etdi, biz də gedəcəyik” kimi hal olmur. Təhlillərinizi aparın, görün, bu, kimi narahat edir ki? Ən çox bizi narahat edir. Niyə? Bizim Suriya ilə doqquz yüz on bir kilometrlik sərhədimiz var.

Baxın, İŞİD-in atəşi nəticəsində bir əsgərimiz şəhid oldu. Onların belə bir problemi varmı? Yoxdur. O halda, bu qərarı biz verəcəyik. Nə zaman? Dediyim kimi, Amerika, Rusiya, Türkiyə generalları, Baş Qərargah rəisləri bir araya gəlib danışdılar. O müzakirələr əsasında hərəkət edəcəyik. Bizim səlahiyyət verdiyimiz başqa rəsmi şəxslər var, onlar da görüşüb-danışırlar. Bu danışıqlar əsasında hərəkət edərək, yekunda son qərarımızı verəcəyik. Ancaq kiminsə istəyi ilə “Türkiyə artıq kənarlaşsın” kimi hal olmayacaq. “Rejim dəvət etdi, biz də gəldik”. Qüsura baxmayın, rejim dəvət etdi deyə, hər kəs hər yerə girməməlidir. Bu iş kimi narahat edir? Türkiyəni. Ona görə də bu işi Türkiyə ilə danışacaqsınız. Hazırda biz bu təhdidləri hələ ötüşdürməmişik. Bu təhdidləri tam aradan qaldırdıqda və o ərazilərin sahibləri öz torpaqlarına qayıtdıqda, biz də oturub bu məsələləri dəyərləndirərik”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 56
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."