Ərdoğan “Putinə güvənirsinizmi?” sualına belə cavab verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın PBS kanalına müsahibə verib.

Yenicag.az xəbər verir ki, müsahibədə Ərdoğana Rusiya lideri Putinə güvənib-güvənmədiyini soruşulub.

Türkiyə lideri bu sualı belə cavablandırıb: “Putinə güvənməməyim üçün heç bir səbəb yoxdur. Rusiya Qərb qədər etibarlıdır. Bizi 50 ildir qapısında gözlətdirən Aİ-dir”.