!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Putinə zəng etdi - Müzakirə mövzusu açıqlandı

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, bu məlumatı Türkiyə prezidentinin mətbuat xidməti yayıb.

Söhbət zamanı Suriya və Liviyadakı hadisələr müzakirə olunub, habelə ikitərəfli məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ərdoğan İdlibdə atəşkəsin pozulmasının humanitar böhrana səbəb olduğunu və bunun Suriyada münaqişənin həllinə zərər verdiyini bildirib. Türkiyə üçün də təhlükə yaratdığını qarşı tərəfin diqqətinə çatdırıb.

Tərəflər İdlibdən terror təhlükəsinə qarşı müştərək addmlar atmaq və 17 sentyabr 2018-ci il tarixli Soçi memorandumunu yerinə yetirməklə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Suriyanın şimal-qərbindəki İdlib şəhəri ölkədəki daxili müharibə başladıqdan silahlı müxalifətin əsas mərkəzlərindən biri olub. Son günlər hökumət şəhəri nəzarətə götürmək üçün hərbi əməliyyatlar keçirir.

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv