Ərdoğan Putinə zəng etdi – Razılığa gəldilər

14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub

AzVision.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı prezidentlər Türkiyə-Rusiya münasibətlərinin gələcək inkişafı və Suriya məsələsini müzakirə ediblər.

Dövlət başçıları Suriya münaqişəsinin nizamlanması prosesində səylərin koordinasiya edilməsi məqsədi ilə müxtəlif xətlər üzrə intensiv əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Yenicag.az