!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Putinin barışıq şərtini qəbul etmədi

!Reklam – Yazi

epa04510989 A handout picture provided by Turkish Presidential Press Office shows Russian President Vladimir Putin (L) and his Turkish counterpart Recep Tayyip Erdogan (R) chatting before a press conference in the new presidential palace in Ankara, Turkey, 01 December 2014. Putin and Erdogan began a meeting in Ankara to discuss their often opposing views on the crisis in Syria, the Islamic State threat and gas supplies to Turkey. Russia agreed to send more gas to Turkey and charge 6 per cent less for the energy, starting in January. Putin is on a one-day official visit to Turkey. EDITORIAL USE ONLY, NO SALES  EPA/TURKISH PRESIDENTIAL PRESS OFFICE / HANDOUT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya rəsmilərinin ölkələr arasında barışığın əldə olunması üçün irəli sürdüyü şərtlərə münasibət bildirib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan rəsmi Moskvanın ilk addımı Ankaranın atmasına dair şərtinin qəbuledilməz olduğunu bəyan edib.

“Bizdən hansı ilk addımı gözləyirlər? Bunu anlamaqda çətinlik çəkirəm. Türkiyə müttəhimlər kürsüsündə əyləşən bir ölkə deyil. Bir pilotun səhvinə görə Türkiyə kimi bir dostu fəda etmələri çox düşündürücüdür. Ümid edirəm ki, bu problem tezliklə həll olunar və Türkiyə ilə Rusiya son 10 il ərzində atdıqları addımları yenidən atarlar”-deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədən üzr və dəyən ziyanın ödənməsini gözlədiklərini bildirib.

Rusiya prezident Putin də mətbuata açıqlamasında barışıq üçün ilk addımı Türkiyənin atmalı olduğunu bəyan edib. Onun sözlərinə görə, Rusiya Türkiyə ilə münasibətlərin əvvəlki səviyyəsini çox qiymətləndirirdi.

 

www.yenicag.az

810
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv