Ərdoğan Putinin üzr istəmək tələbini rədd edib

19e1de4aaf1169ee2310e941d2af8ed7Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin “Su24” hərbi təyyarəsinin vurulması ilə bağlı Türkiyədən üzrxahlıq gözləməsinə münasibət bildirib.

“CNN İnternaqtional”a müsahibə verən R. T. Ərdoğan üzr istəməyəcəklərini bəyan edib: “Üzr istəməsi lazım olan tərəf varsa, o da sərhədimizi pozanlardır”.

Xatırladaq ki, V. Putin Türkiyədən hadisə ilə əlaqədar üzr istəməsini, Rusiyaya dəyən zərəri ödəməsini və bu hadisəni törədən “cinayətkarlar”ın cəzalandırılmasını tələb edib.