Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Türkiyədə ikigünlük rəsmi səfərdə idi.
Yenicag.az xəbər verir ki, V.Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra maraqlı hadisə yaşanıb. Belə ki, iki ölkə lideri birgə şəkil çəkdirərkən Ərdoğan yanında dayananların hamısının kişilərdən ibarət olduğunu, Putinin yanında isə üç xanımın durduğunu görüb. O, dərhal həmin xanımlardan birinin öz yanına keçməsini istəyib ki, balans yaransın.
Qeyd edək ki, Ankaraya ikigünlük səfər Putinin növbəti dəfə Rusiya prezidenti seçilməsindən sonrakı ilk səfər idi.