Ərdoğan Putinlə danışıqlar aparacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda rusiyalı həmkarı Vladimir Putinlə danışığı baş tutacaq.

Yenicag.az xəbər verir ki, bu barədə o, Macarıstan səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.

“Danışıqlar zamanı Taxıl Dəhlizinin fəaliyyətinin davam etdirilməsi üçün əlimizdən gələni edək deyəcəm”, – o vurğulayıb.

Ərdoğan, Putindən müsbət cavablar alacağına ümid etdiyini deyib.