Ərdoğan Putinlə Qarabağ məsələsini müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Yenicag.az  “Anadolu” agentliyinə istinadla xəbər verir ki, liderlər telefon söhbəti zamanı Dağlıq Qarabağ məsələlərini müzakirə ediblər.

R.T.Ərdoğan Dağlıq Qarabağda yenidənqurma işlərinin davam etdiyini, nəqliyyat-kommunikasiya xətlərinin məhsuldarlığı üçün 3 ölkə mütəxəssislərinin bir araya gələ biləcəyini bildirib.