Ərdoğan: “Qarabağda qazanılan qələbə Azərbaycana anasının südü kimi halaldır” – VİDEO

“Azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində bu gün Qarabağ səmalarını, şükürlər olsun ki, əski parçaları deyil, ay-ulduzlu bayraq bəzəyir. Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlıqlarının timsalı olaraq Dağlıq Qarabağda qürurla dalğalanır”.

Yenicag.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Sarıqamış-Xorasan yolunun açılışındakı çıxışında deyib.

“Azərbaycan 30 ildir işğal altında olan torpaqlarını azad etdi. Fransa erməniləri bu qədər çox sevirssə öz torpaqlarından Marseli onlara verə bilər. Qarabağda qazanılan qələbə həm beynəlxalq hüquq, həm diplomatik həm də hərbi baxımdan Azərbaycana anasının südü kimi halaldır. Türkiyə olaraq hər zaman və hər yerdə haqqın, həqiqətin, məzlumun yanında yer almağı, bu istiqamətdə söz söyləməyi və siyasət yürütməyi davam etdirəcəyik”, – deyə Ərdoğan vurğulayıb.