Ərdoğan Qarabağla bağlı Qərbi sərt tənqid etdi

“Bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgədə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər”.

Yenicag.az-ın yerli bürosu xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Ermənistanı Azərbaycanın uzatdığı sülh əlini tutmağa çağırırıb:

“Erməni xalqı və onların rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar. Ermənistanı təxribata sövq edənlər, qazanc əldə edənlər əslində ən böyük zərəri ermənilərə vurdular”.