Türkiyə növbədənkənar seçkilərə gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Miliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə görüşdən sonra açıqlama verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, o, prezident və parlament seçkilərinin 24 iyun tarixində keçiriləcəyini bildirib.

Ərdoğan seçkilər üçün lazımi prosedurun başladılacağını deyib.

Qeyd edək ki, MHP sədri partiyasının qrup toplantısında növbədənkənar seçkilərin keçirilməsi təklifi ilə çıxış etmişdi.

COP29