Reklam

Reklam

“Son bir neçə gündə Qərb gerçək üzünü ortaya qoyub”.

Yeniçağ.Az-ın “APA”-yaa istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, Niderlandda baş verən olay islamafobiyadan xəbər verir: ”Mən Almaniyada nazirlərimizin Türkiyə vətəndaşları ilə görüşünə icazə verilməyəndə bunu faşizmlə əlaqələndirmişdim. Niderlandda nə baş verdi? Bir ölkənin nazirinə konsulluqda vətəndaşları ilə görüşə icazə verməmək heç bir çərçivəyə sığmır, beynəlxalq hüququn tapdanması, islam düşmənçiliyinin nəticəsidir. Faşizm Avropada yaşayır. Yalnız faşist yanaşma ilə bu görüşlərə icazə verməmək mümkündür. Hollandiya çərşənbə günü keçiriləcək parlament seçkilərinə görə Türkiyə ilə münasibətlərə zərbə vurursa, bunun cavabını alacaq. Avropa irqçiliyə gedir. Avropa İttifaqı haradadır? Niderlandda türklərin üzərinə itlərlə gələnlər bunun cavabını alacaqlar. Diplomatiya nədir, onu da öyrənəcəklər. Avropadakı türklərə deyirəm ki, qonşularını da götürüb, tətilə Türkiyəyə gəlsinlər. O xaricilər Türkiyənin qonaqpərvərliyini görəcəklər. Avropadakı türklərə səbirli olmağı, ayaq üstə dik durmağı tövsiyə edirəm” .

Türkiyə prezidenti Almaniyanın Dövlət Televiziyası Türkiyədə Konstitusiyaya dəyişikliklə bağlı təklifləri yanlış çatdırdığına da diqqət çəkib: “Bununla referendumun əleyhinə olduqlarını ortaya qoyurlar. Türkiyədəki referendumun Almaniyaya nə dəxli var?”.

R. T. Ərdoğan qeyd edib ki, Türkiyə gücləndikcə narahat olanlar var: “Bu gün Suriyada PKK terrorçularının əllərində Qərb ölkələrinin silahları var. İnkar etməyə çalışırlar, ancaq faktlar ortadadır. Biz Suriyada Gerablusu, Dabıkı, Babı İŞİD terrorçularından təmizlədik. Növbədə Menbic var, Rusiya səfərimdə də bunu müzakirə etdik. Suriyanın şimalında bir terror dövlətinin qurulmasına yol verməyəcəyik. PKK-nın Suriya qolu PYD/YPG Suriyada dövlət qura bilməyəcək. Türkiyə Silahlı Qüvvələri, müxalif Azad Suriya Ordusu buna yol verməyəcək. İnşaallah, Türkiyədə referendumun keçiriləcəyi 16 aprel bir daha şər qüvvələrin oyununun pozulduğu gün olacaq. 16 apreldə Türkiyə xalqı daha bir parlaq sabaha göz açacaq ”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 56
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."