!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: “Qətərə arxa çevirməyəcəyik”

!Reklam – Yazi

Türkiyə lideri ölkəsinin Qətərlə münasibətləri inkişaf etdirəcəyini deyib.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Ərdoğan Qətərə qarşı tətbiq edilən sanksiyaların problemin həllinə kömək etməyəcəyini bildirib:

“Qətərə qarşı sanksiyaların tətbiqini doğru hesab etmirik. Regionda həmrəylik və əməkdaşlığa xüsusi ehtiyac olduğu bir vaxtda belə bir situasiyanın yaranması heç kimə fayda gətirməyəcək. Qətərin bu məsələlərə soyuqqanlı yanaşmasını təqdir edirik. Biz bundan sonra da Qətərlə münasibətləri inkişaf etdirəcəyik”.

Ərdoğan deyib ki, Türkiyə Qətər böhranının tezliklə və dinc vasitələrlə aradan qaldırılması üçün əlindən gələni edəcək.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətəri terroru dəstəkləməkdə, o cümlədən, Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, onunla diplomatik münasibətləri kəsiblər. Daha sonra Liviya, Yəmən, Mavriki və Maldiv adaları da Qətərlə əlaqələri kəsdiklərini bəyan ediblər.

Yeniçağ.Az

www.yenicag.az

1094
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv