Ərdoğan Qətərə rəsmi səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Qətərə rəsmi səfəri planlaşdırılır.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan 15 noyabrda Qətərə gedəcək.

Qeyd edək ki, Türkiyə prezidenti 13 noyabrda Rusiyada, 14 noyabrda isə Kuveytdə rəsmi səfərdə olacaq.