!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Qətərin blokadasını aradan qaldırmağa çağırıb

!Reklam – Yazi

Türkiyə Qətəri dəstəkləməkdə davam edəcək.

Yenicag.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Türkiyə Qətəri hərtərəfli dəstəkləməkdə davam edəcək. Mən bu günə qədər Qətərin terrora dəstək verdiyinə şahid olmadım. Son bir-iki həftəyə qədər şox yaxşı münasibətləri olan Körfəz ölkələrinə indi nə oldu ki, qardaşlarını terror ölkəsi elan edirlər?”, deyə R.Ərdoğan bildirib.

Qətərə qarşı tətbiq edilən blokadanı aradan qaldırmağa çağıran dövlət başçısı Səudiyyə Ərəbistanına müraciət edib: “Siz Körfəzin ən böyük və qüdrətli dövlətisiniz. Siz bölgədə qardaşlığın baş tacı olmalısınız, bütün tərəfləri bir araya gətirməlisiniz. Biz bunu gözləyirik, bu bizim haqqımızdır”.

Yenicag.az

www.yenicag.az

987
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv