!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan rəsmən açıqladı: Afrin Türk ordusunun tam nəzarəti altındadır

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Türkiyə ordusu bu gün səhər saatlarında Suriyanın Afrin şəhərinə daxil olub.

Yenicag.az xəbər verir ki, Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində son mərhələ də uğurla başa çatdırılıb.

Afrin şəhərini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün aparılan əməliyyatın uğurlu alındığını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təsdiqləyib: “Afrin şəhər mərkəzi bu gün Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürülüb”.

Ərdoğan PPK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularının şəhərdən qaçdıqlarını bildirib.

www.yenicag.az

1955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv