Ərdoğan Ruhani ilə Qarabağı müzakirə etdi: “Yeni fürsət pəncərələri açılmaqdadır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Yenicag.az türk mətbuatına istinadla xəbər verir ki, danışıqların məğzi İranın nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin qətli Yaxın Şərqdə sülhə və sabitliyə qarşı yönəldilib.

Ərdoğan terror nəticəsində qətlə yetirilən İranlı alim Möhsün Fəxrizadənin ölümündən təəssüfləndiyini və İran xalqına, eləcə də mərhumun ailəsinə başsağlığını ifadə edib.

Məlumata görə, liderlər həm Türkiyə-İran əlaqələri, həm də regional məsələlərlə bağlı fikir mübadiləsi də aparıblar.

Telefon söhbətində Ərdoğan Qarabağ məsələsinə də toxunaraq bildirib ki, region yeni bir mərhələyə qədəm qoyub: “Bu mərhələdə Azərbaycanın ərazi bütövlüyü və iqtidarına kölgə sala biləcək hər cür vasitələrdən kənar durmaq vacibdir. Regionda daimi sülh və sabitlik üçün yeni fürsət pəncərələri açılmaqdadır, bu fürsət Ermənistan daxil, bütün region ölkələri üçün əlverişli olacaq”.