Ərdoğan: “Rusiya 2025-ci ilə qədər Qarabağı tərk edəcək”

Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda müəyyən edilmiş yerlərdə qalacaq, 2025-ci ilə qədər isə onlar bu yerləri tərk edəcək.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistin Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib.

Türkiyə Prezidenti Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.

“Qardaşım Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev-red) zatən bunu diqqətlə izləyir”, – Ərdoğan əlavə edib.