Ərdoğan Rusiya Dövlət Dumasının sədrini qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodini qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

V.Volodin daha əvvəl Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşüb. Görüş parlamentlərarası əlaqələr, həmçinin regional məsələlər müzakirə olunub.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının sədri Türkiyədə 2 günlük səfərdədir./Report/