Ərdoğan Rusiyaya gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya işgüzar səfəri ilə bağlı hazırlıqlar aparılır.

Yenicag.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, səfər zamanı prezidentlər ikitərəfli münasibətlər və Suriya mövzusu, eləcə də digər regional münaqişələr müzakirə olunacaq.

Səfərin tarixi barədə məlumat daha sonra veriləcək.