Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın Soçi şəhərinə rəsmi səfər edəcək.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, səfər 13 noyabra planlaşdırılır. Görüş zamanı Türkiyənin Afrində ehtimal olunan hərbi əməliyyatı və S-400 silah sistemləri barədə müzakirə aparılacaq.
Qeyd edək ki, Ərdoğan noyabrın 14-də Soçidən birbaşa Küveytə gedəcək.