Dünyanın diqqətində olan GÖRÜŞ – Ərdoğan Rusiyaya getdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov, Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Aleksey Yerxov, Türkiyənin Rusiyadakı səfiri Məhmət Samsar və səfirliyin əməkdaşları qarşılayıb.

***

13:22

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gedib.

Yenicag.az xəbər verir ki, onu Esenboğa hava limanından vitse-prezident Fuat Oktay, Ankara valisi Vasip Şahin, polis rəisi Servet Yılmaz və başqa rəsmilər yola salıb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Xəzinə və Maliyyə naziri Barat Albayraq,  Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın, MİT başçısı Hakan Fidan, Ədalət və İnkişaf Partiyasının sözçüsü (AKP) Ömər Çelik, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun da Rusiyaya gedən nümayəndə heyətinin tərkibindədir.

Qeyd edək ki, Türkiyə liderinin Rusiya Prezidenti Vladimir Putinlə İdlib böhranını müzakirə edəcəyi və atəşkəsin əldə edilməsi üçün çalışacağı vurğulanıb. Bu görüşün Soçi razılaşmasından da vacib olduğu bildirilir.