Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda 6-cı fövqəladə qurultayını keçirib.
Yenicag.az bildirir ki, partiyanın sədri, hazırki prezident Rəcəb Tayyib Ərdoğan qurultayda növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı seçki proqramını açıqlayıb.
Qeyd edək ki, Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyası (MHP) bu seçkilərə “Cümhur ittifaqı” bloku ilə qatılıblar. AKP və MHP birlikdə Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini irəli sürüb.