!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: Sənin təyyarələrin görək, Türkiyəyə necə gələcək?

!Reklam – Yazi

Sən istədiyin qədər nazirimizin təyyarəsinə icazə vermə, görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək.

Yeniçağ.Az “Trend”-ə istinadən xəbə verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı açılış mərasimində Niderlandın son qərarı ilə bağlı deyib.

Qeyd edək ki, bir qədər əvvəl Niderland Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi palnlaşdırırdı.

Ərdoğan bu hərəkəti edən Niderland hökumətini faşist adlandırıb: ” İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizin ölkənizə qarşı dönəcək”.

Çavuşoğlu isə Niderlanda qarşı ciddi sanksiyalar tətbiq ediləcəyini deyib.

Yeniçağ.Az

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv