Ərdoğan SOCAR-dan kimin “kəllə”sini istədi?

erdogan-aliyevPrezidentə Gülən Camaatının Azərbaycanın qeyri-neft sektorunun 70 faizinə nəzarət etməsi barədə məlumat verilib

AKP-Camaat qarşıdurması Azərbaycandan da yan keçmədi. Ərdoğan Camaatın əsas mərkəzlərindən biri sayılan Bakıya gəlməklə, müvafiq mesajlarını verdi. Heç şübhəsiz Türkiyədəki seçkidən öncə adı Fətullah Gülən camaatı ilə hallanan Elnur Aslanovun vəzifədən çıxarılması və Ərdoğan Bakıya gəldiyi gündən bir gün öncə dəfələrlə kiçik vəzifəyə təyinatı (hər nə qədər yüksək adlandırılsa da, nazirliyin adında yüksək ifadəsi olsa da, vəzifəsi çox aşağıdır) rəsmi Bakının Türkiyə iqtidarına jesti kimi qiymətləndirildi. Lakin Camaatla körpüləri yandıran Ərdoğanın bu qane edə bilməz. Bu səbəbdən də Ərdoğan öncəliklə camaatın Bakıdakı iqtisadi rıçaqlarını kəsmək istəyir.

Bilindiyi kimi Azərbaycanın qeyri-neft sektorunun 70 faizi Fətullah Gülən Camaatının nəzarətində olan şirkət qruplarının əlindədir. TUSİAB adlı təşkilatın əsas qüvvəsini də məhz Camaatın şirkətləri təşkil edir.

 

Neft sektorunda isə SOCAR-ın xaricdəki bir sıra önəmli proyektlərini məhz camaat görür. Bu səbəbdən də, Ərdoğanın basilica hədəfində SOCAR var.  Maraqlıdır ki, Ərdoğan Rövnəq Abdullayevin müavini Xaliq Mustafayevi hədəf seçib. Məlumatlı mənbənin sözlərinə görə, camaatın SOCAR-dakı əsas dayağı sayılan bu şəxsin fəaliyyətlərindən Türkiyə baş naziri də xəbərdardır və Rövnəq Abdullayevi deyil, məhz onu hədəf seçib: “Dosyedə ilk üç isimdən biri Xaliq Mustafayevdir. “Çağ Öyrətim” ilə birlikdə yaradılan Beynəlxalq Təhsil Mərkəzinin rəhbərlərindən olan SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidentXaliq Məmmədov şirkətin “görünməyən patron”udur. Baş nazir onun getməsi ilə SOCAR-da Camaata ciddi zərbə vura biləcəyini düşünür. Çünki o da R.Abdullayevin bu işlərdən başı çıxmadığını və Xaliq Məmmədovun istəyinə görə hərəkət etdiyini bilir”. / AZERİNFO.ORG

COP29