Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan Suriya və İraqda Türkiyənin ABŞ-la mümkün əməkdaşlığından danışıb

Ankara və Vaşinqton Suriya və İraqda birgə addımların variantlarını nəzərdən keçirirlər.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla Ağ Evdə görüşü zamanı deyib.

“Biz Suriya və İraqda göstərə biləcəyimiz ümumi səyləri nəzərdən keçiririk”, – deyə Ərdoğan bildirib. Türkiyə lideri qeyd etdiyi səylərin mahiyyətini açıqlamayıb.

Qeyd edək ki, ABŞ bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin terrorçuların İraq ərazisindəki mövqelərinə zərbələr endirməsinə etiraz edib. Vaşinqton iddia edir ki, bu cür zərbələr rəsmi Bağdadla razılaşdırılmalıdır.

Rəsmi Ankara isə, öz növbəsində, ABŞ-ın Suriyadakı PYD/YPG kürd terror qruplaşmalarına dəstək verməsinə dəfələrlə etirazını bildirib.

Yeniçağ.Az

www.yenicag.az

487
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100