Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin müxtəlif bölgələrində quraqlıq riski ilə bağlı xəbərlər fonunda türk xalqını suya qənaət etməyə çağırıb.
Yenicag.az xəbər verir ki, Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib.
“Mən bütün bəşəriyyəti, eləcə də Türkiyə vətəndaşlarını sudan qənaətlə istifadə etməyə çağırıram”, – deyə o, bildirib.
Qeyd edilir ki, İstanbulu təmin edən su anbarlarında cəmi iki aylıq su qalıb və quraqlıq davam edərsə, vəziyyət kritikləşəcək. İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına görə, çərşənbə günü İstanbulda su anbarlarının dolma dərəcəsi 33,37% – 289 milyon kubmetrdən çoxdur. Son iki həftə ərzində şəhərdə orta hesabla gündə 3 milyon kubmetrdən 3,5 milyon kubmetrədək su istehlak edilib. Oxşar risklər İzmir kurortunda da mövcuddur./unikal.az/