Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan: “Taliban”ın açıqlamalarını məmnuniyyətlə qarşılayırıq”

Reklam: High Technic

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstanda son baş verən olaylara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, yerli telekanallardan birnə müsahibə verən Ərdoğan Əfqanıstan xalqının yanında olmağı “əhdə vəfa” kimi dəyərləndirib.

Ərdoğan “Taliban” rəhbərliyinin açıqlamalarını məmnuniyyətlə qarşıladığını vurğulayıb:

“İdarəetmədə kim olursa olsun, yaxşı və pis günündə Əfqanıstanın yanında olmaq həm əhdə vəfanın, həm də qardaşlığımızın gərəyidir. “Taliban” rəhbərliyini qəbul edə biləcəyimizi daha əvvəl də söyləmişdik. “Taliban” rəhbərliyinin isti açıqlamalarını bizlər də məmnuniyyətlə qarşılayırıq”.

Türk əsgərlərinin Əfqanıstandakı mövcudluğuna toxunan Ərdoğan, “Türkiyənin Əfqanıstandakı hərbi varlığı yeni rəhbərliyin də beynəlxalq arenada əlini gücləndirəcək və işini asanlaşdıracaq”, – deyə qeyd edib.

www.yenicag.az

290
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100