Ərdoğan təcili iclas çağırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bazar ertəsi hökumətin iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

İclas zamanı Yunanıstana qarşı mümkün tədbirlər müzakirə ediləcək.

Məlumatda qeyd olunub ki, cari ilin əvvəlindən Yunanıstan Hərbi Hava Qüvvələri Türkiyəyə qarşı 1123 dəfə təxribat törədib.