Ərdoğan: “Terrorçularla deyil, ABŞ-la razılaşmışıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimal-şərqində həyata keçirilən və Amerika ilə əldə edilmiş razılığa əsasən 5 günlük dayandırılan “Barış pınarı” əməliyyatı haqqında danışıb.

Yenicag.az xəbər verir ki, Ərdoğan Türkiyənin 17 il əvvəlki Türkiyə olmadığlnı qeyd edib:

“Türkiyə artıq 17 il əvvəlki Türkiyə deyil. Söhbət Vətən və millətdən gedirsə, kimsədən icazə alası deyilik. “Barış pınarı” əməliyyatı çərçivəsində 9 gün ərzində 765 terroçu zərərsizləşdirilib, 1500 km-lik ərazi təmizlənib. Razılığa əsasən verilmiş 120 saat ərzində şərtlərin yerinə yetirlməyəcəyi təqdirdə əməliyyat dayandığı yerdən davam edəcək”.

Prezident həmçinin, razılığın terrorçularla deyil, Amerika ilə əldə edildiyini də diqqət çatdırıb:

“Diqqət edin, biz terroçularla deyil, ABŞ ilə razılaşmışıq. Kimsənin gözünün yaşına baxmayacaq, bölgə son terroçudan təmizlənənədək mübarizəmizi davam etdirəcəyik”.

COP29