Ərdoğan Tokayevi təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Qasım Cömərd Tokayevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən Yenicag.az-ın Türkiyə bürosuna verilən məlumata görə, Ərdoğan Tokayevə zəng edərək ona təbriklərini çatdırıb.

Türkiyə Prezidenti iki ölkə arasında stratejik əməkdaşlığın daha da güclənəcəyinə inandığını vurğulayıb.