Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın səfərindən öncə türkiyəli rəsmilər ABŞ-a gedib.
Yeniçağ.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğanın mayın 15-17-də ABŞ-a səfərindən əvvəl Baş Qərargah rəisi Hulusi Akar, Türkiyə prezidentinin müşaviri İbrahim Kalın və Milli Təhlükəsizlik Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Vaşinqtona gedib. Onların Ərdoğandan əvvəl amerikalı rəsmilərlə görüşəcəyi bildirilir.
Türkiyə prezidentinin amerikalı həmkarı Donald Trampla ilk üzbəüz görüşündə iki ölkə arasındakı qarşılıqlı münasibətləri, Fətullah Gülənin təhvil verilməsi, Suriya və İraqdakı mövcud vəziyyət, terrorla mübarizə kimi mövzuları müzakirə edəcəyi gözlənilir.
Yeniçağ.Az