Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ərdoğan Tramp və Putinə zəng etdi

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Yenicag.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Kremlin məlumatında bildirilir.

Məlumatda bildirilir ki, prezidentlər telefon danışığı zamanı Astanada Suriya üzrə planlaşdırılan danışıqlar çərçivəsində bu ölkədə nizamlanma prosesinin əsas aspektlərini müzakirə ediblər.

Ərdoğanla Putin danışığın sonunda görüş vaxtını təyin ediblər. İki ölkə rəhbəri “G -20” sammitində görüşməyə qərar veriblər

Bundan əvvəl, Türkiyə Prezidenti ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

Ağ Evdən verilən məlumata görə, danışıq zamanı iki ölkə rəhbəri dünyada mövcud problemləri müzakirə ediblər. “Danışıqlar zamanı Qətərlə Ərəb dövlətləri arasında yaranmış münaqişə müzakirə edilib. Bundan başqa, iki ölkə başçısı terrorla mübarizədə əməkdaşlıq barədə danışıblar.

Regiondakı problemlər və ondan çıxış yolları barədə danışan liderlər üz-üzə görüşmək qərarına gəliblər. Trampla Ərdoğan  “G -20” sammitində görüşməyə qərar veriblər”, – deyə məlumatda bildirilib.

Yenicag.az

www.yenicag.az

421
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM