Bu gün axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər, habelə Suriyada hadisələrin inkişafı, Minbiç və İdlibdə vəziyyətin nizamlanması məsələlərinə toxunulub. Ərdoğan və Tramp Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşdırılması və möhkəmləndirilməsi üçün konstruktiv addımlar atılmasında qərarlı olduqlarını bildiriblər.
Xatırladaq ki, bu gün Türkiyə və ABŞ Minbiçdə birgə patrul fəaliyyəti həyata keçirməyə başlayıblar.