Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

recep_tayyip_erdogan_150412_albom_51479106125Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampı ilk rəsmi səfərini Türkiyəyə etməyə çağırıb.

Trend-in məlumatına görə, bunu R.T.Ərdoğan jurnalistlərin ABŞ-Türkiyə münasibətləri ilə bağlı sualını cavablandırarkən deyib.

O qeyd edib ki, Türkiyə ilə Birləşmiş Ştatların münasibətləri strateji xarakter daşıyır.

Xatırladaq ki, bundan əvvəl D.Trampın müşaviri Maykl Flayn Türkiyənin regionda ABŞ-ın mühüm müttəfiqi olduğunu demişdi.