“ABŞ prezidenti Donald Trampla mayın 16-17-də görüşəcəyəm”.
Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
Qeyd edək ki, Türkiyə prezidenti ABŞ-a səfərinin Ramazan ayından və mayın 24-25-də Brüsseldə keçiriləcək NATO-nun zirvə toplantısından əvvəl gerçəkləşəcəyini söyləmişdi. Səfər zamanı ikitərəfli əlaqələrin inkişafı, bölgədəki, xüsusilə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur.
Yeniçağ.Az