Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) toplantısı keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, toplantının gündəmi Suriyada baş verən son hadisələr olacaq.
Eyni zamanda, Əsəddən sonra Suriyada atıla biləcək siyasi addımlar qiymətləndiriləcək.
İclasda Türkiyə xarici işlər naziri Hakan Fidanın Dohada İran və Rusiyanın XİN başçıları ilə keçirdiyi görüş barədə də fikir mübadiləsi aparılacaq.
Ərdoğanın iclasdan sonra mühüm açıqlamalar verəcəyi gözlənilir.