Ərdoğan: “Türkiyə ilə Rusiya arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb”

Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İşğal altındakı ərazilərinin və Dağlıq Qarabağın bütövlükdə işğal altından azad olunması münasibətilə qardaşım İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımızı təbrik edirəm. Əldə olunan razılaşmaya görə, Qarabağın qalan qismi də Azərbaycana təhvil veriləcək. Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətti təmin ediləcək və bu məqsədlə yol çəkiləcək. Eyni zamanda Xankəndi ilə Ermənistan arasında yol çəkiləcək. Türkiyə razılaşmanın tətbiq edilməsini müşahidə və nəzarət etmək üçün bölgədə qurulacaq ortaq sülhməramlı qüvvələr arasında Rusiya ilə birgə yer alacaq. Atəşkəsə nəzarət üçün yaradacağımız ortaq Türkiyə-Rusiya monitorinq mərkəzi ilə bağlı saziş bu səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad etdiyi bölgədə qurulacaq”, – deyə, Ərdoğan qeyd edib.