Ərdoğan Türkiyədən üzr istəməli olduğunu demişdi: Mahmud Abbasla Ankarada görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada fələstinli həmkarı Mahmud Abbasla görüşüb.

Yenicag.az xəbər verir ki, prezident sarayında baş tutan görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, Mahmud Abbas Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbədənkənar iclasında çıxış edəcək.

Xatırladaq ki, Ərdoğan daha öncə Abbasa Türkiyəyə səfər etmə təklifi etdiyini, lakin Fələstin Prezidentinin bu təklifi cavabsız qoyduğunu bildirmiş, onun Türkiyədən üzr istəməli olduğunu vurğulamışdı.

COP29