Ərdoğan Türkiyənin Aİ-yə üzvlüyünü müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın baş naziri Viktor Orbanla Türkiyənin Avropa İttifaqına daxil olması prosesini və qlobal məsələləri müzakirə edib. 

Yenicag.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Türkiyə prezidentinin ofisindən bildirilib ki, Ərdoğan Vaşinqtonda Macarıstanın baş naziri ilə görüşüb.

Görüş zamanı Ərdoğan bəyan edib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinə və İsrailin Qəzza zolağına hücumlarına son qoymaq üçün sülh səylərini davam etdirir. Türkiyə prezidenti vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu bölgələrdə sülhün bərqərar olması üçün səylərini gücləndirməlidir.

Ərdoğan Macarıstanın sədrliyi dövründə Aİ-yə üzvlük prosesinin aktivləşdirilməsi və əlaqələrin inkişafında Türkiyədən dəstək gözlədiyini vurğulayıb.

COP29